Cəmiyyət

Naxçıvanın müdafiə potensialı üçün addımlar atılacaq

28 Dekabr 2022 22:11
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bundan sonra da Naxçıvan Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atılacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dekabrın 28-də Əlahiddə Ümumqoşun Orduda olarkən bildirib.

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.