Cəmiyyət

Vətəndaşlar dərmanların keyfiyyətindən narazıdırlar - Çıxış yolu nədir? - VİDEO

17 Dekabr 2022 15:54
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi vətəndaşlar dərmanların qiymətinin yüksək, bəziləri isə keyfiyyətin aşağı olmasından narazıdırlar.

Hətta buna görə bir çox insan daha keyfiyyətli və ucuz olsun deyə dərmanlarını xarici ölkələrdən gətirməyə çalışır.

Həkimlər də ölkədə dərmanla bağlı yaranmış vəziyyətdən narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Razi Nurullayev hesab edir ki, dərmanların digər ölkələrlə müqayisədə dəfələrlə baha satılması doğru deyil.

Deputat Rüfət Quliyev isə hazırda bir sıra dərman preparatlarının satışda tapılmamasına diqqət çəkib.

Millət vəkilləri düşünürlər ki, hazırkı vəziyyətdən qısa müddətdə çıxış yolu xaricdən şəxsi istifadə üçün dərman gətirilməsi qaydalarının ən qısa zamanda təsdiqlənməsidir. Həmçinin qonşu ölkələrin dərman firmaları ilə münasib şərtlərlə idxal müqavilələri bağlanmalıdır. Daha uzun müddət üçün çıxış yolu isə yerli dərman zavodlarının tikilməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.