Cenevrədə beynəlxalq telekommunikasiya tədbiri keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrənin Cenevrə şəhərində BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun Rəqəmsal Transformasiya üzrə 2-ci Tədqiqat Qrupunun ilk iclası keçirilib.
Milli.Az xəbər verir ki, 5 dekabr tarixindən keçirilən Tədqiqat Qrupunun ilk iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun direktoru, həmçinin cari ilin 26 sentyabr - 14 oktyabr tarixlərində Rumuniyanın Buxarest şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransında təşkilatın yeni baş katibi vəzifəsinə seçilmiş xanım Doreen Bogdan-Martinin təbrik nitqi dinlənilib.
Ardınca tədbir iştirakçılarına işçi qrupunun yeni seçilmiş sədr və sədr müavinləri təqdim edilib.
Həmin sədr müavinlərindən biri də, Azərbaycanı sözügedən iclasda təmsil edən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olan Müşfiq Quluyevdir. Cari ilin 6-16 iyun tarixlərində Ruandanın Kigali şəhərində dünyanın 150-dən çox ölkə nümayəndəsinin iştirakı ilə keçirilmiş Ümumdünya Telekommunikasiya İnkişaf Konfransında ölkəmizin namizədi Müşfiq Quluyev Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun Rəqəmsal Transformasiya üzrə 2-ci Tədqiqat Qrupunun sədr müavini vəzifəsinə seçilib.
Qeyd olunan Tədqiqat Qrupunda ölkəmizin nümayəndəsi ilə yanaşı, Misir, Yaponiya, Cənubi Korea, Çin, Nigeria, Qvineya, Paraqvay, Fransa, Rumuniya, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən olan beynəlxalq mütəxəssislər də rəhbər vəzifələrdə təmsil olunur.
Dekabrın 5-dən start götürən iclasda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə hədəflərə və onların spesifik inkişaf prioritetlərinə nail olmaq üçün xüsusi əhəmiyyət kəsb edən sualların araşdırılması üzrə Tədqiqat Qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr müəyyən edilib. Qeyd olunub ki, bu məqsədlə Tədqiqat Qrupu tərəfindən "Dayanıqlı ağıllı şəhərlər və icmalar", "E-səhiyyə" və "E-təhsil" daxil olmaqla, "Elektron xidmətlər və tətbiqlər üçün texnologiyaların tətbiqi", "İnformasiya və kommunikasiya şəbəkələrinin mühafizəsi: Kibertəhlükəsizlik mədəniyyətinin inkişafı üçün ən yaxşı təcrübələr", "Telekommunikasiya/İKT avadanlığı: Uyğunluq və qarşılıqlı fəaliyyət, mobil cihazların saxtalaşdırılması və oğurluğu ilə mübarizə", "Telekommunikasiya/İKT-nin mənimsənilməsi və rəqəmsal bacarıqların inkişafı", "Ətraf mühit üçün İKT", "İnsanların elektromaqnit sahələrinə məruz qalması ilə bağlı strategiyalar və siyasətlər" kimi məsələlər gündəmdə saxlanılacaq. Sadalanan mövzularla bağlı sualların araşdırılması ilə yanaşı, 2022-2025-ci illərdə beynəlxalq hesabatların hazırlanması üzrə mərhələli fəaliyyət həyata keçiriləcəkdir. Bundan başqa, Beynəlxalq Telekommunikasiya İttifaqının Konstitusiyası ilə müəyyən edilmiş reqlamentə görə, Rəqəmsal Transformasiya üzrə 2-ci Tədqiqat Qrupunun fəaliyyətinin səlahiyyət müddəti dörd il olmaqla 2022-2025-ci illəri əhatə edəcəkdir. Nümayəndələrin sözügedən tədqiqat qrupuna seçim imkanı isə cəmi 2 dəfə ilə məhdudlaşdırılmışdır.
Tədqiqat Qrupunun iclasının 2022-ci ilin 9 dekabr tarixinədək davam etməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanın nümayəndəsi ilk dəfədir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun 2-ci Tədqiqat Qrupunda rəhbər vəzifəyə seçilərək təmsil olunur. Təmsilçimiz Müşfiq Quluyev 15 ildən artıqdır telekommunikasiya sahəsində fəaliyyət göstərir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "İnternetə qoşulma və internet infrastrukturu" işçi qrupunun katibi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Tənzimləyicilərin Müstəqilliyi və Genişzolaqlı İnternetin İnkişafı İşçi Qrupunun eksperti, beynəlxalq texniki təşkilat olan IEEE-nin yüksək dərəcəli üzvüdür. M.Quluyev 2021-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə rabitə və informasiya sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə də təltif edilib.
Kamran Seyidov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





