Cəmiyyət

Maşın bazarında durğunluq yaşanır - VİDEO

5 Dekabr 2022 19:08
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən aylarla müqayisədə avtomobillərin qiymətində artım müşahidə edilir. Qiymətlərdəki dəyişiklik alıcılıq qabiliyyətinə təsir göstərib. Alıcılar avtomobillərin bahalaşmasından gileylənirlər.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, mövcud vəziyyət Bakının maşın bazarında durğunluğa səbəb olub.

Satıcıların sözlərinə görə, belə vəziyyət bir neçə aydır müşahidə edilir.

Alıcılar avtomobillərin bahalaşdığını deyirlər. Məlumata görə, müxtəlif markalar üzrə qiymətlər təxminən 500-600 manat civarında yüksəlib.

Ekspertlər hesab edirlər ki, hər il ilin ilk və sonuncu ayında avtomobil bazarında bənzər vəziyyət hökm sürür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.