24 yaşlı gənc dayısı oğlunu niyə öldürüb? - “10 manatımı vermədi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağstafada dayısı oğlu, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni qətlə yetirən 1998-ci il təvəllüdlü Əli Əsgərovun məhkəmə prosesi başa çatıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Əsgərov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin 14 dekabr tarixində baş verib.
Cinayətə qohumlar arasında hadisədən təxminən 10 gün əvvəl torpaq sahəsinin suvarılması ilə bağlı yaranmış mübahisə səbəb olub.
Belə ki, Əli Əsgərov digər dayısı oğlu Ədalət xəstələndiyi üçün, onun əvəzinə Ağstafa rayonunun Qırılı kəndinə sahə suvarmağa gedib. Çingizə də Qırılı kəndində 18 hektar suvarmağa başqa yer olduğunu, istəyirsə, həmin torpağı suvara biləcəyini, ancaq həmin sahəni qismən suvardığına görə ona 20 manat pul verilməli olduğunu, uşağı xəstə olduğu üçün bu pula ciddi ehtiyacının olduğunu bildirib. Çingiz isə ona ancaq 10 manat pul verəcəyinə söz verib. Lakin Çingiz onun zəhmət haqqını yerin sahibindən alsa da, Əliyə verməyib.
"Səhəri gün Çingiz pulu verməmək üçün bəhanə gətirdi, sahəyə gedib baxdığını, lakin sahənin yaxşı suvarılmadığını dedi. Təxminən 1 həftə ərzində Çingizdən gördüyüm işin zəhmət haqqını tələb etdim, lakin pulu verməyəcəyini dedi. Bu məsələyə görə Çingizlə mübahisə etdim, ona ağır sözlər dedim və vatsapda bloka atdım. Həmin vaxtdan sonra hadisə baş verən günə qədər Çingiz mənə zəng etməyə çalışıb. Eşitmişdim ki, aramızda baş verən son danışığa görə məni hər yerdə axtarır" - Əli Əsgərov məhkəməsində bildirib.
Qohumlar yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Köçəsgər kəndində yerləşən su kanalının yaxınlığında üz-üzə gəlib. Tərəflər arasında yaranmış dava zamanı Əli Əsgərov dayısı oğluna bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Əli ifadəsində onu da bildirib ki, dayısı oğlunu öldürmək niyyəti olmayıb. O, dava zamanı özünü müdafiə etdiyini bildirib:
"Dediyi yerə gəlməyənə başqalarının yanında söyüş qoymuşdu. Çingizi dediyi yerə getməklə səhv etdim. Hər kəsdən üzr istəyirəm" - qətli törədən şəxs məhkəmədə deyib.
Qeyd edək ki, Əli Əsgərov hadisədən bir saat sonra tutularaq istintaqa təhvil verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)





