Sumqayıtda şok olay: Gənc oğlan sevgilisinə buna görə işgəncə verdi - Təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Qədir sevgilisi İradəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir bildirib ki, İradə onun qeyri-rəsmi yaşadığı qadındır: "Biz təxminən 1 ildir tanış olmuşuq, elə həmin müddətdən birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda tez-tez münaqişələr yaranıb. İradə məndən dəfələrlə polisə şikayət edib. Lakin sonra məni bağışlayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, İradə ilə aralarında münaqişə qısqanclıqdan yaranıb: "Münaqişə zamanı İradənin hərəkətlərindən əsəbiləşdiyim üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Lakin İradə barəmdə polisə şikayət etmədi".
Qədirin ifadəsinə görə, növbəti gün yenidən aralarında qısqanclıq üstündə mübahisə olub. İradə ona işləməməyini irad tutub: "Bu zaman münaqişəmiz dərinləşdi. Əsəbiləşərək İradənin ayağından vuraraq yerə yıxdım, bədən nahiyələrinə bir neçə zərbə vurdum. İradə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda gtörətdiyi əməldən peşman olduğunu, İradə ilə barışığa cəhd etdiyini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
Cinayət işi üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Qədirlə söhbət zaman məişət problemlərinə görə aralarında münaqişə yaranıb: "Qədirə irad bildirmişəm ki, bütün günü evdə oturur, özünə iş tapsın. Sözlərim Qədirin xoşuna gəlmədi, bunu münaqişəyə çevirdi, bədənimin müxtəlif nahiyələrinə vurdu. Lakin həmin vaxt Qədirdən şikayətçi olmadım".
İradə qeyd edib ki, növbəti dəfə yaşadıqları ünvanda yenə söhbətləri düz gəlməyib: "Buna görə aramızda münaqişə yarandı. Qədir yenə məni döydü. Artıq Qədirin bu kimi hərəkətlərindən bezdiyim üçün ondan şikayət etmək qərarına gəldim".
Dəfələrlə Qədir tərəfindən şiddətə məruz qaldığını deyən İradə onun barəsində polisə şikayət edib.
O, ifadəsində Qədirlə barışmadığını, ondan şikayətçi olduğunu söyləyib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Qədir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı yaşadığı evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
XƏBƏR LENTİ
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi





