Cəmiyyət

Bakıda qaz borusu bərkidildiyi yerdən qoparaq yola düşüb - VİDEO

17 Noyabr 2022 20:17
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər rayonu, Şüvəlan qəsəbəsində metrlərlə qaz borusu bərkidildiyi yerdən qoparaq yola düşüb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu vəziyyətin 2 gündür davam etdiyi bildirilir.

Borular yolda avtomobillərin hərəkətinə mane olur. Heç bir xəbərdarlıq nişanlarının qoyulmaması isə xüsusilə gecə saatlarında təhlükə yaradır.

Bakı Regional Qaz İstismarı Departamentindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tədbirlər görülür.

Qurumdan o da bildirildi ki, qəza zamanı qazsızma qeydə alınmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.