Cəmiyyət

Abşeronda xuliqan sürücü qəza törədib, xəsarət alanlar var -

22 Oktyabr 2022 22:36
Baxış: 1 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xırdalan şəhərində üç avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində baş verib.

"Tofaş" markalı nəqliyyat vasitəsini idarə edən sürücü manevr qaydalarını pozaraq prospektdən Zərifə Əliyeva küçəsinə daxil olub. Bu zaman onun maşını yol kənarında dayanan "Toyota" markalı avtomobilə çırpılıb.

Daha sonra "Tofaş" əks yolda olan digər "Toyota"ya çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları APA-nın müxbirinə bildiriblər ki, 77-DP-862 dövlət nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü bir ay ərzində 4 dəfə qəza törədib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.