Cəmiyyət

Balakənin Avropanı xatırladan kəndi - VİDEO

21 Oktyabr 2022 16:44
Baxış: 2 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu kənddə nə müəllim, nə də şagird saatlarla tıxacda qalır. Hər biri səhər saat 7-də velosipedinə əyləşir, öyrətmək və öyrənmək üçün məktəbə yola düşür. 7 ildən çoxdur ki, bu, onların adətidir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Balakənin ən ucqar yaşayış məntəqələrindən biri olan İtitala kənd məktəbinin şagird və müəllim heyətindən gedir. 360 şagirdin təhsil aldığı məktəbin həyətində hər gün bu cür mənzərə yaranır.

Dərsə gələn hər kəs velosipedi üçün ayrılmış hissədə minik vasitəsini səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə ona əyləşərək evinə qayıdır. Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün də biri digərinə mane olmur. Velosipedlə dərsə gəlmək isə şagirdlərin öz seçimidir.

Şagirdlərlə yanaşı müəllimlərin də bəziləri bu üsuldan istifadə edirlər. Məktəbin müəllimi Məhəmməd Ramazanov deyir ki, işlədiyi il qədər velosipedinin yaşı var.

Məktəb direktoru Məhəmməd Mustafayev bildirir ki, heç bir şagird dərs zamanı velosipedindən nigaran qalmır. Çünki hər bir velosiped nəzarətdə saxlanır.

Müəllimlər sağlam həyat tərzinin şagirdlərin dərslərinə də müsbət təsir göstərdiyini qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.