Cəmiyyət

Çoxuşaqlı ailələrə vergi güzəşti olacaq - VİDEO

10 Oktyabr 2022 18:04
Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.

Onun sözlərinə görə, himayəsində 3 uşaq olan, eyni zamanda, dövlət və neft sektorunda çalışan, əmək haqqı 2500 manatadək olan vətəndaşlar üçün güzəştlər tətbiq olunur.

"Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin.Bu isə həmin şəxslərin əmək haqqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir",- deyə V.Bayramov qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.