Cəmiyyət

Bakıda 2 taksi qəza törədib - FOTO

8 Oktyabr 2022 08:13
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İlqar Cümşüdov və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, "Toyota" markalı avtomobili idarə edən sürücü qəfil eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin qarşısına çıxıb.

Toqquşma o qədər güclü olub ki, idarəetmədən çıxan "Toyota" yolayrıcı betona, daha sonra yol nişnanına çırpılaraq dayanıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.