Cəmiyyət

Direktor üçün pul yığılıb? - Açıqlama - VİDEO

7 Oktyabr 2022 18:36
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu Novxanı kənd 1 saylı tam orta məktəbdə çalışan müəllimlərdən birinə aid olan səsyazısı yayılıb. Dialoqa əsasən iddia edilir ki, səsi yayılan müəllim direktorun ad günü üçün pul yığılmasını  tapşırıb. Əməkdaşlarımız həmin məktəbdə olublar, məsələnin təfərrüatlarını araşdırıblar.

Daha bir müəllimin səs yazısı yayılıb. Səs yazısında direktorun ad günü üçün pul yığıldığı iddia olunur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iddia edilir ki, səs yazısı sözügedən məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aytən Əmirovaya aiddir.

Aytən Əmirova səsyazısının ona aid olduğunu təsdiqləyib. Baş verənlərdən təəssüfləndiyini, səs yazısının kimlərsə tərəfindən fərqli formada qələmə verildiyini söyləyib.

Səs yazısında adı çəkilən direktor Taliyə Mirzəyeva da məsələyə münasibət bildirib.

Abşeron-Xızı Regional təhsil idarəsindən isə bildirilib ki, yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb. Məktəbin direktoru və müəllimindən dərhal izahat alınıb. Məlum olub ki, 2021-ci ilin dekabr ayında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Əmirova şəxsi təşəbbüsü və şagirdlərin istəyi əsasında direktor Taliyə  Mirzəyevanın ad günü üçün pul yığılmasını tapşırıb. Buna görə idarə tərəfindən müəllimə xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.