Cəmiyyət

Goranboyda yanğın oldu: Tüstüdən zəhərlənən var

4 Oktyabr 2022 22:51
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy rayonunun Yolqulular kəndində tövlə və ot tayası yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, kənd sakininə məxsus fərdi yaşayış evin həyətində olan ümümi sahəsi 90 kvadratmetr olan tövlədə başvermiş yanğın zamanı ev bir nəfər tüstüdən zəhərlənib və xəstəxanaya aparılıb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.