Cəmiyyət

Cəbrayıl necə azad edildi? - Düşmən bizim Polad kimi olduğumuzu gördü - VİDEO - FOTO

4 Oktyabr 2022 10:36
Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.

Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

Trend TV-nin çəkiliş qrupu 4 oktyabr 2020-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunda olub və bu rayonun azad edilməsində iştirak edən hərbçilərimizin fikirlərini öyrənib.

Videoreportajı təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.