Breyn Rinq

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yarışı start götürür

3 Oktyabr 2022 11:00
Baxış: 13 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin ən gənc mobil operatoru olan "Nar"ın baş sponsorluğu ilə "Breyn Rinq" intellektual bilik yarışlarının 20-ci mövsümünə start verilir. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar" 2013-cü ildən bu oyunların baş sponsorudur.

Bu müddət ərzində ən baxımlı intellektual yarışmaya çevrilən oyunlar hər il olduğu kimi, bu mövsüm də tamaşaçıların maraqla baxacağı veriliş olacaq. İldən-ilə bu oyunlara gənclər arasında maraq artır və bunu oyunlara qatılmaq istəyən komandaların sayının həddən artıq olması da təsdiq edir. Azərbaycanın bütün regionlarını əhatə edən oyunlara doqquz il ərzində ölkə gəncləri arasında maraq pik həddə çatıb.

Onu da qeyd edək ki, gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar" öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq" bilik müsabiqəsi də bunlardan biridir.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.