Cəmiyyət

Azərbaycanda bu sistem müvəqqəti BAĞLANDI

14 Sentyabr 2022 21:41
Baxış: 2 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15-22 sentyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.