Cəmiyyət

Ağcabədi sakinləri Şəkidə qəzaya düşüb

11 Sentyabr 2022 22:23
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi rayon sakinləri Şəkidə yol qəzasına düşüblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.

Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı sürücü Z.Əliyev xəsarət almasa da, onun sərnişini - 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Pənah Əfqan oğlu Alıyev aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.