Neftçalada "Daevo Nexia" markalı minik avtomobili yanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Neftçala şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ədalət Qəhrəman oğlu idarə etdiyi "Daevo Nexia" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən alışıb yanmağa başlayıb.
Yaxınlıqdakı adamların köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil yararsız hala düşüb.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az