Cəmiyyət

Bakıda Yapon Fənər Festivalı keçiriləcək

10 Sentyabr 2022 08:39
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sentyabrın 10-da ənənəvi mədəni tədbir olan Yapon Fənər festivalı keçiriləcək.

Yaponiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar Yaponiya ilə Azərbaycan arasında "Dostluq ili" çərçivəsində Nara prefekturasından üç mütəxəssis dəvət olunub.

Xüsusən də yapon və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş festival üçün Yaponiyadan Bakıya 2100 şam gətirilib.

Qeyd edək ki, əvvəllər bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Cənubi Koreya və digər ölkələrdə təşkil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.