Cəmiyyət

Bu kəndin sakinləri internetsizlikdən əziyyət çəkirlər - VİDEO

9 Sentyabr 2022 18:07
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda insanların sıx məskunlaşdığı Kirovka yaşayış massivində əhalinin  internetlə təminatı üçün həyata keçirilən işlər ləng gedir. Sakinlər iddia edirlər ki, kabellər çəkilsə də, internet verilmir. Onlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini, amma nəticəsinin olmadığını deyirlər. 

Dirəklər basdırılıb, kabellər çəkilib, qutular quraşdırılıb. İşlər tamamlanmış kimi görünür. Amma şəbəkəyə qoşulmayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,görüntülər Cəlilabad rayonunun Kirovka adlanan yaşayış massivindəndir. Sakinlərin sözlərinə görə bir ildən çoxdur ki, sözügedən ünvana internet çəkilişi üzrə işlərə başlanıb. Hazırda dirəklər basdırılıb, kabellər çəkilib, amma internet verilmir.

Sakinlər deyirlər ki, işlərin ləng getməsi ilə bağlı dəfələrlə iş icraçılarına müraciət etsələr də, nəticəsi olmayıb. 

Məsələ ilə bağlı  "Aztelekom" MMC-nin Cəlilabad  filialından bildirilib ki, yaşayış massivində  1400 abonentə telefon və internetin çəkilişi nəzərdə tutulub. ''Bir ilə yaxındır ki, ərazidə işlər aparılır, ötən müddət ərzində əsas mərhələ geridə qalıb. Hazırda tamamlanma işləri icra edilir. İlin sonuna abonentlərin internetlə təchizatı həyata keçiriləcək''-deyə əlava edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.