Cəmiyyət

Valideynlərə şad xəbər: Ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO

21 Avqust 2022 21:10
1 Şərh     Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən - 60 qəpiyə qədər.

Dəftər: 20 qəpikdən - 90 qəpiyə qədər.

Pozan: 20 qəpikdən - 70 qəpiyə qədər.

Su qabı: 7 manatdan - 15 manatadək.

Çanta: 12 manatdan - 40 manatadək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.