Cəmiyyət

Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb - FOTO

18 Avqust 2022 08:18
0 Şərh     Baxış: 1 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı olmadan "Khazar" markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aprır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.