Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Əliyev Natiq Əliməhəmməd oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az