Cəmiyyət

Yeni icra başçıları kollektivə təqdim olunub

25 İyul 2022 17:14
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Ə.Abbasov ona göstərilən etimada görə minnətdarlıq edib.

x x x

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Süleyman oğlu Əhmədov da bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

A.Əhmədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.