Cəmiyyət

Gənə dişləməsindən dünyasını dəyişdi - Mütəxəssislər xəbərdarlıq etdi - VİDEO

20 İyul 2022 15:07
0 Şərh     Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qorxulu xəstəlik geri dönüb.

Milli.Az Azxəbər.com-a istinadən bildirir ki, Gümüşhanedə yaşayan 69 yaşlı Üzeyir Çolakoğlu adlı vətəndaş bədəninə yapışdırılmış gənəni öz vasitəsi ilə çıxardıqdan sonra dünyasını dəyişib. 

Belə ki, Üzeyir Çolakoğlu bədəninə yapışan gənəni görüb. Gənəni öz imkanları ilə çıxaran Çolakoğlu bir müddət sonra qızdırma və halsızlıq səbəbindən Köse Dövlət Xəstəxanasına aparılıb. Çolakoğlu edilən müdaxilələrə baxmayaraq həyatını itirib.

Gənədən həyatını itirən vətəndaşların sayı artdıqdan sonra mütəxəssislər də xəbərdarlıqlarını təkrarlayıb. Mütəxəssislər vətəndaşlardan gənələrin çıxarılmasının çox təhlükəli olduğunu deyiblər. Bu səbəbdən ən yaxın səhiyyə müəssisəsinə müraciət etməyin vacibliyi vurğulanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.