Cəmiyyət

Azərbaycanda ağcaqanad əleyhinə dezinfeksiya xidməti var? - VİDEO

15 İyul 2022 17:22
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özü kiçik olsa da, yaratdığı fəsadlar böyük olur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət havalar isinər-isinməz böyükdən kiçiyə hər kəsin narahatlığına səbəb olan ağcaqanadlardan gedir.

Virus və xəstəliklərin olduğu dönəmdə, ağcaqanadların da daşıyıcı kimi rolu böyükdür. Əksər ölkələr mütəmadi olaraq bu həşəratlar əleyhinə ödənişsiz profilaktik tədbirlər həyata keçirir.

Ölkəmizdə isə bu xidmət bələdiyyələr tərəfindən həyata keçirilməsə də, bunun üçün özəl şirkətlər var. Bu şirkətlər isə dezinfeksiya olunacaq əraziyə görə müxtəlif qiymətlər təyin edirlər. Yay mövsümündə bu xidmətdən istifadə edənlərin sayı artır.

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayevin sözlərinə görə, hazırda ölkəmizdə belə dezinfeksiya tədbirləri demək olar ki, həyata keçirilmir.

Vaqif Abdullayev əlavə edeib ki, ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər qeydiyyata alınmasa da, insanlar arasında kifayət qədər narahatlıq yaradır.

Qeyd edək ki, yaşayış ərazilərində ağcaqanadların və digər həşəratların artmasının qarşısını almaq üçün Mənzil - kommunal təsərrüfat idarələri, Gigiyena və epidemiologiya mərkəzləri ilə müqavilə əsasında profilaktik dezinfeksiya tədbiri həyata keçirməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.