Qubada seyfdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Alekseyevka kəndindəki evlərin birindən içərisində 130.000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu A.Bayramov, tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar.
Araşdırma aparılır.
Milli.Az