Cəmiyyət

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

5 İyul 2022 08:00
2 Şərh     Baxış: 2 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Məlumata görə, Zaur, iyunun 13-də, "Son zəng"dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.

Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.