Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

2 İyul 2022 08:32
0 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məmməd Səid Ordubadi küçəsində Elnur İslamzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. O, qəfil manevr edərkən əks yolda olan "Ford" markalı maşınla toqquşub. Qəza nəticəsində "Ford"da olan bir nəfər xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatı alınıb.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.