Bu kimi hallar yolverilməzdir - Asan imzası olanların nəzərinə - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəfələrlə adlarına özlərindən xəbərsiz şirkətlər açılmış, eləcə də külli miqdarda vergi borcu yaranmış şəxslərlə bağlı süjetlər təqdim etmişik. Ümumiyyətlə, son dövrlər belə problemlə üzləşən vətəndaşların sayı artıb. Dövlət Vergi Xidməti bununla bağlı əhaliyə müraciət edib. Qeyd edilib ki, ''Asan İmza'' bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün etdiyindən hər kəs bu məsələdə diqqətli olmalıdır.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəlcə vergi ödəyicisi kimi uçota alınır, daha sonra adlarına müəssisələr açılır. Sonda isə məlum olur ki, həmin şəxslərin külli miqdarda vergi borcu yaranıb.
''Xəzər Xəbər'' olaraq dəfələrlə belə halla üzləşən vətəndaşların problemlərini işıqlandırmışıq. Araşdırmalar zamanı vergi borcu yaranan şəxslərin adlarına şirkət və müəsissələrin açılmasından xəbərsiz olduqları üzə çıxırdı. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara müraciət edib.
Dövlət Vergi Xidmətinin əməkdaşı Faiq Rəcəbəliyev bildirib ki, son zamanlar bəzi vətəndaşlar vergi ödəyicisi kimi uçota alınmalarından və ya adlarına yaradılmış hüquqi şəxslərin mövcudluğundan xəbərsiz olmaları ilə bağlı şikayətlənirlər. Qurum rəsmisinin sözlərinə görə, ''Asan imza'' bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün vətəndaşın mobil identifikasiyasıdır. ''Asan İmza'' bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
Faiq Rəcəbəliyev əlavə edib ki, vətəndaşlar digər şəxslərə etibarnamə verərkən diqqətli olmalı, etibarnamələrin məzmunu ilə ətraflı tanış olmalı, şübhə doğuran məqamlarda verilmiş etibarnamələrin vaxtında ləğv olunması üçün aidiyyəti üzrə müraciət etməlidirlər.
Qeyd edilib ki, belə hallarla rastlaşan zaman ''Asan imza'' serftikatının qüvvəsinin dayandırılması üçün dərhal Dövlət Vergi Xidməti, eləcə də ''ASAN'' xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
XƏBƏR LENTİ
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib





