Cəmiyyət

“Ruhlar şəhəri”nə yenidən ruh verilir - VİDEO

20 İyun 2022 20:15
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam rayonun baş planı hazır olandan sonra burada geniş tikinti-quruculuq işləri həyata keçirilir. Hazırda ağdam şəhərində çoxmərtəbəli yaşayış binaları və məktəb tikilir. Şəhərdəki cümə məscidi, eləcə də qiyaslı kənd məscidi bərpa edilir. Yaxın zamanlarda xəstəxananın inşasına start veriləcək. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni yaşayış binaları və məktəb tikilir, məscid bərpa edilir. Görüntülər işğaldan azad edilən Ağdam şəhərindəndir.

Şəhərdə inşa edilən 960 şagird yerlik 1 saylı məktəb binasının ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. İki hektar ərazidə tikilən üçmərtəbəli məktəb üç blokdan ibarət olacaq. 

İnşası davam edən altımərtəbəli yaşayış binasının sakinləri üçün müvafiq infrastruktur yaradılır. Yaxın zamanda xəstəxananın inşasına start veriləcək. 

Şəhərdə tarixi, mədəni və dini abidələrin restavrasiyası da aparılır. 

Millət vəkili Aqil Abbas görülən işlərin miqyasına diqqət çəkib

Qeyd edək ki, tikinti-quruculuq işləri minaların təmizlənməsi ilə paralel aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.