Cəmiyyət

Polis cərimə yazıb, amma sürücü razılaşmır - İddia və rəsmi cavab - VİDEO

15 İyun 2022 18:22
0 Şərh     Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuz rayon sakini Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisində sürət həddini aşdığına görə cərimələnib. Amma sürücü ona yazılan protokolla razılaşmır və iddia edir ki, o, sürət həddini aşmayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Oğuz rayon sakini Müşviq Nəsibova saatda 60 km. sürət məhdudiyyəti tətbiq olunan yolda saatda 82 km. sürətlə getdiyi və sürət həddini 22 km. aşdığı üçün 50 manat cərimə tətbiq olunub. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 101-ci km-də qeydə alınıb.

Sürücü Müşviq Nəsibov isə bu protokolla razılaşmır və iddia edir ki, həmin ərazidə sürət həddi saatda 90 km-dir.

Sürücü bildirir ki, həmin ərazidə aypatrul tərəfindən cərimələnib. O, həmçinin həmin tarixdə protokolda göstərilən əraziyə getmədiyini də iddia edir.

Protokolun tərtib olunduğu DYP avtomaşınını həmin gün idarə edən polis əməkdaşı Rauf İdrisovla əlaqə saxladıq. O deyib ki, protokol avtomaşında olan aypatrul sistemi ilə avtomatik qaydada tərtib olunub və sözügedən protokolun texniki səhv nəticəsində ortaya çıxdığı istisna olunmur. Rauf İdrisov bildirib ki, sürücü cərimə ilə razılaşmırsa, Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi şəkildə müraciət edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.