Cəmiyyət

Peyvənd olunanların sayı açıqlandı

12 İyun 2022 16:46
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1434 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 965, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 114 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 744 943, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 055, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 295 425, pozitiv nəticədən sonra buster doza olunanların sayı 247 495 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.