Cəmiyyət

Bakıda təhsil alan xorvat tələbə: “Həmiltona azarkeşlik edirəm, amma...”

11 İyun 2022 20:39
0 Şərh     Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula-1" haqqında fikirlərim müsbətdir. Düşünürəm ki, sabah Bakıda çox maraqlı yarışa şahidlik edəcəyik".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu xorvatiyalı İvana Draqovitsa deyib.

Bakıda ali məktəblərdən birinin tələbəsi olan İvana bildirib ki, Luis Həmiltona azarkeşlik edir:

"Yəqin ki, bu dəfə Bakıda hansısa pilot ikinci dəfə çempion olmaqla uğursuz seriyanı qıracaq. Görünən budur ki, yenə "Red Bull" və "Ferrari" pilotları ilk sıralarda qərarlaşacaqlar. Bu, sıralamadan da asılı olacaq".

Mən proqnoz vermək istəmirəm. Nəsə deyəndə həmişə əksi olur. Ancaq deyə bilərəm ki, Bakı yarışı yenə həmişəki kimi həyəcanverici olacaq. Burda həmişə gözlənilməzliklər baş verir. Mən əvvəllər də burada yarışa baxmışam. 2019-cu ildə "Formula-1"i Bakıda izləmişəm. Luis Həmiltona azarkeşlik edirəm. Ancaq onun qalib gələcəyi inandırıcı görünmür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.