Hacı Qalib: "Kimin gücü çatar ki, torpağımı alsın?!" - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Heç kəs o bağ evini ala bilməz. Kimin gücü, kişiliyi çatırsa, gəlib desin ki, mən o bağ evini alıram. Nə qədər ki, mən sağam belə şey mümkün deyil. Elə bir adam ortaya çıxsa, sevinərəm".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu keçmiş deputat Hacı Qalib Salahzadə mətbuatda Bilgəhdə ona məxsus bağ evinin Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu tərəfindən iş adamına satılmasına münasibət bildirərkən qeyd edib.
Q.Salahzadə bildirib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədləri var.
"Mənim o torpaq sahəsində mülklərim, evlərim var. Mən və qohumlarım orada qeydiyyatdayıq. Mən həmin torpaq sahəsilə bağlı Rəsul Quliyevin qardaşı oğlu Xəyal Quliyevlə görüşmüşəm. Çox hörmətli bir hacının vasitəsilə Xəyalla görüşdüm. Yanıma gəlmişdi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Buzovnalı Hacı Nasir vasitəsilə Telman Quliyevlə əlaqə saxladım. Məlum oldu ki, Telmanın oğlanları Etibar və Bayramı vaxtından qabaq həbsdən azad etmək üçün bağı kimlərəsə hədiyyə söz veriblər. Ona görə də bağ ərazisinə saxta sənəd düzəltdiriblər. Amma sənəd düzəltdirəndə bir məqam gözlərindən qaçıb. Mən 2009-cu ildən orada qeydiyyatdayam. Ailə üzvlərim də bağdakı ayrı-ayrı evlərə qeydiyyatdadır. Bunlar torpaqları alqı-satqı yolu ilə bələdiyyədən alıblar. Mənim iki dayım və iki xalamın əllərində bələdiyyə sənədləri var. Sənədə əsasən Rəsul Qulıyevin iddia etdiyi torpaqlar Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur. Mənim bağım isə Abşeron rayonuna məxsusdur. Mənim əlimdə xəritələr var. Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasovla mənim söhbətim olub. O, mənə bu işin sifarişçilərinin adlarını dedi. İndi sadalamaq istəmirəm. Hər şeyin məqamı var. İndi Ağasif Şakiroğlunu salıblar qabağa. Kimdir, Ağasif? O bağ evini sata bilməz və heç kəs də ala bilməz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





