Cəmiyyət

Sabah pulsuz dincəlmək mümkün olacaq - Bu yerlərdə

31 May 2022 13:52
1 Şərh     Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında "açıq qapı" günü keçiriləcək.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edirik. Onlar Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət etməklə əsrarəngiz təbiət əraziləri ilə tanış ola və vaxtlarını səmərəli keçirə bilərlər.

Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.