Cəmiyyət

Goranboyda eradan əvvələ aid insan skeletləri aşkarlandı - VİDEO

30 May 2022 16:52
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda aparılan qazıntılar zamanı eramızdan əvvəl 9-8 əsrlərə aid nümunələr tapılıb. Tapılan nümunələr laborator şəraitdə araşdırmaya göndərilib. Hazırda ərazidə qazıntı və tədqiqat işləri davam etdirilir.

Müxtəlif rəngli muncuqlar, saxsı qablar, insan skeletləri və digər tapıntılar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bütün bunlar Goranboyda aparılan arxeoloji qazıntılar zamanı qədim nekropolda - Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə üzə çıxıb. Nümunələr eramızdan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ aiddir. 

Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Skeletlərin ətrafından saxsı qablar, tunc və dəmirdən hazırlanmış silah nümunələri, müxtəlif materiallardan hazırlanmış bəzək əşyaları aşkar olunub.

Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.

Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən nümunələr xarici ölkələrə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.