“Qiyamət günü olduğunu düşündüm” - Tərtərdə 3 yaşlı uşağı öldürüb azadlıqda qaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə 2020-ci ilin iyulunda baş verib və məhkəmə çəkişməsi bir neçə gün öncə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi E.Hüseynovun cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və ona cəza verilməyib.
Hadisə günü Elmir xalası oğlu ilə birlikdə etdiyi Hacıqərvənd kəndində yerləşən marketin qarşısına gələrək, orada qeyri-adekvat davranışlar nümayiş etdirib. Belə ki, o, mağazanın qabağında dayanan "VAZ 2107"ni görüb "məni bu avtomobildə olan şəxslər öldürəcəklər" deyərək qışqırıb. Xalasıoğluna "qoyma, atam məni güllələmək istəyir, qaç sən də özünü qoru, birdən güllə sənə də dəyər"deyib. Sonra marketə girib satıcı Raminə "icazə vermə ki, məni öldürsünlər, Allahu Əkbər, namaz qılmağına baxmayaraq sənin nisyə dəftərin var" deyərək qışqırıb. Əlindəki bıçaqla ətrafdakı insanları hədələyib.
Daha sonra marketdən çıxıb yaxınlıqda yaşayan qohumu Təhmasib gilə gedib. Evin pəncərəsini sındırıb onlara "sizi öldürəcəm, hardasınız, bura gəlin" deyib. Həmin vaxt Təhmasib evdə olmadığından həyat yoldaşı Ləman (şərti ad) özünü və uşaqlarını qorumaqda çətinlik çəkib. Elmir həyətdən götürdüyü ketmanla əvvəlcə 4 yaşlı qızı vurmaq istəyib. Bu zaman ana qızını müdafiə edərək özünü zərbənin qabağına verib. Elmirin dayanmasından istifadə edərək qızını tez evə çıxararaq qapını bağlayıb. Bu zaman Elmir bağda oynayan 3 yaşlı Öməri görüb. Uşağı vurmaq üçün onun üzərinə gedib. Uşaq qaçmaq istəyərkən yıxılıb. Ana uşağını müdafiə etmək istəyəndə Elmir onun başından vuraraq huşunun itməsinə səbəb olub. Həmin ərəfədə isə 3 yaşlı oğlanın başına və bədəninə çoxsaylı zərbələr vurmaqla xəsarət yetirib. Ana ayılanda uşağın qan içində olduğunu görüb. Uşağı xəstəxanaya çatdırsa da, 3 yaşlı Ömər gecə xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı məhkəmədə dindirilmiş Elmir Hüseynov hadisənin hansı şəraitdə baş verməsini tam xatırlamadığını deyib: "10 ildir qəssab işləyirəm. 3-4 il əvvəl Təhmasibin anası rəhmətə gedəndə onlarda olmuşam. Hadisə günü günortaya kimi ət satmışam, sonra yoldaşımı diş həkiminə aparmışam. Sonra da xalamoğlu Eminlə Hacıqərvəndə getmişik. Raminin işlətdiyi mağazaya çatanda özümü narahat hiss etdim, başım dumanlandı. Maşındakı bıçağı götürüb mağazaya girdim, kiminsə üstümə gəldiyini düşünərək "məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma" deyib Raminin üstünə qışqırdım. Emin və Ramin məni saxlamaq istəyəndə əllərindən qaçıb mağazadan çıxdım, qiyamət günü olduğunu düşünərək "Allahu-əkbər, Allahu-əkbər" deyib qışqırdım. Bundan sonra baş verənləri xatırlamıram. Ancaq şüşənin qırılma səsini eşitdim. Özümə gələndə təcili yardım çağırılmışdı, mənə iynə vuruldu, gecə atam polis şöbəsinə getməli olduğumuzu dedi. Ramin din adamı olduğundan məni başa düşəcəyini fikirləşmişdim. Qiyamət günü olduğunu, balanı anadan ayırdıqlarını düşündüm, əcaib, xoşagəlməz səslər eşitdim".
Qadın oğlunun vurulması epizodunu belə xatırlayıb: "Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında "bura gəlin, sizi öldürəcəm" deyə qışqırdı. O əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı. Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi".
Araşrımalar zamanı məlum olub ki, Elmir Hüseynov 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub. Lakin o, bu vaxtadək hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib. "Üzvi şizofreniyayabənzər pozuntu" formasında kəskin psixotik vəziyyət keçirib. Tərtər rayon polis şöbəsinin məktubundan isə aydın olub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.
Təqsirləndirilən şəxs əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Ona psixiatriya stasionarında məcburi müalicə təyin olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





