Cəmiyyət

Dondurma alarkən bunlara DİQQƏT EDİN - VİDEO

21 May 2022 12:52
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların isinirsə, demək ki, dondurma mövsümü də yaxınlaşır.Artıq mağazalarda istənilən qiymətdə və çeşiddə dondurma tapmaq olar. Ancaq bu qidanı alarkən diqqətli olmaq lazmdır. Çünki süd, şəkər, yağ və yumurtadan hazırlanan bu məhsul düzgün seçilmədikdə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, həkim-terapevt Mətanət Cəfərova bildirir ki, tərkibinə müxtəlif rənglərin qatıldığı dondurmaların təhlükəli olmaq ehtimalı daha çoxdur. 

Həkimin sözlərinə görə, keyfiyyətsiz dondurmalar mədədə yanma, köp, ürək bulanma, qusma və ishal yarada bilər. Əridikdən sonra dordurmanın təkrar  dondurulması isə düzgün deyil.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Xatun Hüseynova isə deyir ki, yol kənarlarında və ya parklarda satılan dondurmaların saxlanma şəraitinə xüsusi diqqət olunmalıdır.

Mütəxəssisin sözlərinə görə, dondurmanın keyfiyyətli və ya keyfiyyətsiz olduğunu ayırd etmək də mümkündür.

Xatun Hüseynova həmçinin bildirir ki, dondurmanın sutkalıq qəbulu 300-400 qramdan çox olmamalıdır. Normadan artıq istifadə yüksək qan təzyiqi, yuxarı tənəffüs yollarının iltihabı və piylənmə kimi problemlər yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.