Cəmiyyət

Günün yuxuyozması

30 Mart 2012 06:00
0 Şərh     Baxış: 2 811
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Açıqca - Yuxuda açıqca alırsınızsa, deməli, sizi unutmayıblar. Yazmaq - mümkünsüz planlar qurursunuz, poçt açıqcası yazmaq - yol gedəcəksiniz, paylamaq - xeyli xəbər alacaqsınız.   

Fincan - vaxtınızın çoxunu kefə xərcləyəcəksiniz. Qadın yuxuda fincanı sındırırsa, qəfil bədbəxtlik həyatını alt-üst edəcək.

Dəyirman daşı - Dəyirman daşını səsini eşitmək gəlirlərin artmasına, fırlanmasına baxmaq - etibarlı sevgiyə işarədir.

Kitab - Yuxuda kitab oxumaq xoş məşğuliyyət, hörmət, şərəf və var-dövlət deməkdir. Müəllif kitabının çapa getdiyini görürsə, deməli, oxucuya çatana qədər onun kitabı xeyli maneə ilə rastlaşacaq.

Ölü arabası - Yuxuda katafalk görmək evdə gərgin münasibətlər və işlərin axsamasına işarədir. Həmçinin kədər bildirir. Ölü arabası yolunuzu kəsibsə, çox güclü hesab etdiyiniz rəqibinizə qalib gələcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.