Cəmiyyət

Bakının bu yollarında 10 gün qazma olacaq

17 May 2022 07:58
0 Şərh     Baxış: 2 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.