Cəmiyyət

FHN küləyin yaratdığı təhlükəli halı aradan qaldırıb - VİDEO

8 May 2022 19:24
0 Şərh     Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı insanlar üçün təhlükə yaratması barədə Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını operativ olaraq götürərək təhlükəni aradan qaldırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.