Cəmiyyət

Sosial şəbəkələrdə yayılan bu şəkil gündəm oldu - VİDEO

30 Aprel 2022 16:22
0 Şərh     Baxış: 1 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hərfləri Azərbaycan əlifbası ilə, sözləri isə rus dilində yazılan dərs vəsaiti.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan belə bir foto müzakirələrə səbəb olub. Aşağı yaş qrupu üçün nəzərdə tutulan və ilkin anlayış vərdişlərini öyrədən vəsaitdə əksini tapan bu ifadələr dilimizə yaddır. 

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, belə kitablar  fərdi müəlliflər tərəfindən nəşriyyatlarda və poliqrafiya mərkəzlərində çap edilir. Həmin vəsaitlər uşaqların məktəbdənkənar fərdi inkişafı üçün nəzərdə tutulub. 

Kamran Əsədov bildirir ki, bu cür kitablarla bağlı monitorinq aparılmalı və satışına qadağa qoyulmalıdır. 

Fikirlərini öyrəndiyimiz valideynlər dəbu cür vəsaitlərin nəşrinin və satışının qarşısının alınmasının tərəfdarıdılar. 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, həmin vəsaitlər Nazirlik tərəfindən sifariş edilməyib və tədris prosesində istifadə olunmur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.