Cəmiyyət

Müəllimlərin DİQQƏTİNƏ - 4 may saat 11:00-dək... - VİDEO

27 Aprel 2022 17:54
0 Şərh     Baxış: 2 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edilib ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanıb. Bu il, müsabiqə qaydalarında bir sıra dəyişikliklər var. Belə ki, cari ildən vakansiya seçimi müddətində şəhid ailələrinin üzvlərinə vakant yer seçmək güzəşti veriləcək.

Başqa hansı yeniliklər var?

Təhsil İnstitutunun İnsan resusrsları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müsabiqənin şərtlərindən və əhəmiyyətindən danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.