Şəmkirdə iki avtomobil toqquşub.
Milli.Az "Report"a istinadən bildirir ki, "VAZ" və digər minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 1987-ci il təvəllüdlü X.Qarayev və "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb. X.Qarayev xəstəxanaya yerləşdirilib.
"VAZ" markalı avtomobilin sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az