Cəmiyyət

Onkoloji və skleroz xəstələrinə pensiya veriləcək - VİDEO

23 Aprel 2022 15:00
Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onkoloji və dağınıq skleroz xəstələri pensiya ala biləcəklər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib ki, onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

Millət vəkili bildirib ki, bu kateqoriyadan olan şəxslərə pensiya təminatında bir sıra məqamlar nəzərə alınacaq. Bu xəstəliklərdə pensiyaya çıxmaq imkanlarının  əhatə dairəsi daha da genişlənəcək.

Millət vəkili əlavə edib ki, qanun layihəsinə təklif edilən dəyişiklik müzakirə olunaraq parlametin plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.