Cəmiyyət

Bakıda narkomanların daha bir məskəni aşkarlandı - polis hərəkətə keçdi - VİDEO

18 Aprel 2022 19:36
0 Şərh     Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikasının əvvəlki binası narkotik istifadəçilərinin məkanına çevrilib.  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  illərdir faəliyyətsiz qalan poliklinika binasının demək olar ki, bütün otaqlarında istifadə olunmuş şprislərə, falqa kağızına rast gəlmək olur. Binanın narkomanların oylağına çevrilməsi ərazidə yaşayan sakinlərin də narahatlığına səbəb olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, sözügedən ərazi artıq nəzarətə götürülüb.

Nazirliyin əməkdaşı onu da qeyd edib ki, əgər bu ərazidə neqativ əmələ əl ətan şəxs və ya şəxslər aşkarlanarsa, həmin şəxslər barəsində  qanuna müvafiq tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.