Cəmiyyət

Bakı Sumqayıt şossesində qəza: 2 nəfər xəsarət alıb - FOTO

14 Aprel 2022 08:48
0 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi nasaz olduğu üçün təhlüləsizlik qaydalarına əməl edərək yol kənarında dayanıb.

Bu zaman "Hyundai" markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib.

Nəticədə minik maşını yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı Bakı-Sumqayıt şossesində tıxac yaranıb.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.