Cəmiyyət

Son sutkada bu qədər vaksin vuruldu

12 Aprel 2022 16:38
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9660 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 856, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7547, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 548 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 558 968, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 331 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 833 723, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 159 255, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 234 284 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.