Cəmiyyət

Günün qoroskopu: Tələsməyin, səliqəli və düşüncəli olun

5 May 2022 00:01
67 Şərh     Baxış: 5 784

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə - nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.

Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.

Buğa - Başqalarının bacara bilmədikləri işlərin öhdəsindən siz daha asanlıqla gəlirsiniz. Öz gücünüzə inanırsınız, bunun da səbəbi var: uğurun yolunu tapmısınız və inamla məqsədinizə doğru irəliləyirsiniz. Çətin ki, kimsə qarşınıza çıxmaq istəsin: aydındır ki, istənilən adamı asanlıqla kənara itələyə bilərsiniz. Yetər ki, buna istəyiniz olsun. Çoxdankı bir düşməninizi əzə bilərsiniz.

Ziyafətlərə getmək, yeni tanışlar tapmaq, sizin üçün maraqlı adamlarla ünsiyyət məsləhətlidir. Bu gün başlanan eşq macərası sizə xeyli xoş emosiya bəxş edəcək. Aşiq Buğalar sevdiklərindən xoş sürpriz ala bilərlər.

Əkizlər - Hər şey öz yolunda gedir. Bu, sizi qane edir. Rəhbərliklə müəyyən fikir ayrılıqları mümkündür, ancaq günortaya doğru hamı sizin fikirlərinizin daha doğru olduğunu qəbul edəcək. Alış-veriş, biznesə yatırımlar, uzunmüddətli investisiyalar üçün uğurlu gündür: pulları "işləməyə" məcbur etmək sizdə yaxşı alınır.

Yaxınlarınızla hər zaman ümumi dil tapa bilmirsiniz. Amma ciddi münaqişələr də yaranmır. Sadəcə olaraq, müəyyən məqamlarda hər kəs öz fikrində qalır.

Xərçəng - Sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.

Şir - Bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik, müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox Şirlər başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqlar.

Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.

Qız - Mürəkkəb və yorucu gündür. Bütün problemlərin öhdəsindən müstəqil surətdə gələcəyinizə əmin olmayın. O qədər də xoşlamadığınız insanlara kömək üçün müraciət edəsi olacaqsınız. Bundan başqa, gizli saxladığınız bir məlumat da yayıla bilər.

Əzizlərinizlə ciddi fikir ayrılığı mümkündür. Ən xırda məsələlər barədə də razılığa gəlmək çətindir. Tez, ya da gec bütün problemlərin həllini tapa biləcəksiniz. Amma buna qədər xeyli həyəcan keçirməli olacaqsınız.

Tərəzi - Öz hərəkətlərinizi və onların nəticələrini analiz etmək, ümumi nəticələr çıxarmaq, eyni zamanda gələcək üçün plan qurmaq vaxtıdır. Bu gün ətrafınızdakıların sizə verdikləri vədlərə inanmayın. Öz sözlərinizdə də diqqətli olun.

Yeni tanışlıqlarda ehtiyatlılıq göstərməyiniz vacibdir: bu gün məhz sizə lazım olmayan insanlar sizinlə tanış olmağa can atacaqlar. Sevgililər savaşa bilərlər. Bir çox Tərəzilər bu gün xüsusilə qısqancdırlar, hər şeyə şübhə ilə yanaşırlar. Axşama doğru emosional fon sabitləşir, şərait yaxşılaşır.

Əqrəb - Çox mürəkkəb gündür. Gərəksiz və xoşagəlməz işlər vaxtınızı alsa da, onlardan yaxa qurtarmaq çətin olacaq. Dişinizi qıcayaraq dözüm və inad nümayiş etdirməyə, ətrafdakıların sizdən gözlədikləri nəticələri göstərməyə qadirsiniz. Amma bu, əhvalınızı qaldırmayacaq.

Şəraiti dəyişmək, özünüzü nə iləsə sevindirmək pis olmazdı. Çox işləməyin, gərginlik orqanizminiz üçün təhlükəli ola bilər. Yaxınlarınız sizi dəstəkləməyə çalışacaqlar. Lakin onların hər cəhdi lazımi nəticəni verməyə bilər.

Oxatan - Çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Oğlaq - Əgər gün ərzində işgüzar və enerjili olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Amma bir an da olsun, tənbəlləşmək olmaz. Yoxsa zəhmətinizin bəhrəsini bir başqası dadar. Gün maraqlı söhbətlər, vacib bir məlumatın alınması ilə əlamətdar olacaq.

Bir çox Oğlaqlar sevgililərilə münasibətlərinə yenidən baxacaqlar. Ümumi götürəndə hadisələrin inkişafı sizin planlarınıza uyğundur. Hansısa böyük bir qüvvənin təzyiqinə məruz qalmırsınız.

Dolça - Tələsməyin, səliqəli və düşüncəli olun. İşlərinizi qaydaya sala, yığılıb qalan problemlərinizi həll edə, bədxahlarınızla mübarizədən qalib çıxa bilərsiniz. Özünüzə qarşı tələbkar, ətrafınızdakılara qarşı mərhəmətli olun: bu, hətta düşmənlərinizlə də əla münasibət qurmağınıza imkan yaradacaq.

Yaxınlarınızla mürəkkəb və vacib məsələləri müzakirə etməyə çalışmayın: ümumi fikrə gəlmək asan olmayacaq, əvəzində mübahisə edəcəksiniz. Tənqidi rəyləri ürəyinizə salırsınız.

Balıqlar - Xoş və məhsuldar gündür. Həyatınızı yaxşıya doğru dəyişə bilərsiniz. Bir qədər səy göstərin, ağılınızı işlədin - o zaman hadisələrin gedişi sizin üçün uğurlu olacaq. Yaradıcı və tədqiqat işləri, müxtəlif eksperimentlər üçün uğurlu gündür.

Son vaxtlar sizi narahat edən suallara cavab tapırsınız və bunlar ürəyinizcə olur. Bir çox Balıqların yeni istedad və bacarıqları üzə çıxır. Eşqə düşə, özünüzə yeni dost tapa bilərsiniz.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

67 Şərh:

  • Anonim
    Unvanlı · 5 May 00:0620

    Salam necesen ? O bir terefde yazdıqın sehvelerin hec birine yazma yazdiqin serhini de poz zehmet olmasa sebebin ozun bildin yeqin ki niye deyrem menim adimla nese yazilsa bilki men deylem .sag ol .

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 5 May 00:06470

    Dayanıramsa sebebi var,susuramsa mənası var,hər şeyin bir zamanı var.Həzərat vaxtdi.Geceniz xeyrə qalsin,sabahınızda xeyirliklə açılsın.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 5 May 00:081210

    Problemlərdən qaçıb yatıram,yuxularıma da problemlərim gəlir girir.)

    Cavab yaz
    • Anonim
      Ebru · 5 May 09:1880

      Bu qəşəng:))Mən də,eləyəm.Prablemlər şirin yuxudada,bitmir ki,bitmir:))

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 5 May 10:13120

        Qeşənngg günün olsun Ebrum.Deyir insan övladl doğulandan problemlər onunla birgə doğulur.Allah eləsin problemlərimizin öhdəsindən gələ bilək.

        Cavab yaz
  • Anonim
    Əsranur · 5 May 00:4660

    Dostlar,hamınızı ürəkdən salamlayıram.Keçmiş Bayramınızı təbrik edirəm.Sizlərə ən əsas can sağlığı arzu edirəm.Can sağ,salamat olanda,həyatın bütün nemətləri gözdə olur.Mələyim,Ebruşum,Əsram,Papatyam,məni də unutmursunuz.Çox sağ olun qızlar,mən neynədim də sizlərin hörmətini qazandım?)Papatyama,Simnara da salamlarımı yetirin.Simi,qız uşağının dəlisi kimi deyim ki,kimin 2-3 qızı varsa,həmişə həmin adamı milyoner bilmişəm.Allah körpəni qorusun.Qız uşağını verənə qurban olum.Övlad ayrıseçkiliyi salmıram,amma,heyvanın da qız balasına ayrı cür sevgim var-Asi bilir.Asi,canım-gözüm,səni də ayrı salamlayıram.

    Cavab yaz
    • Anonim
      asi · 5 May 09:3630

      Salam, sabahın xeyir..Xoş görüdük , xoş gəlmisən..Qoy ənənəvi ifadəmi deyim:Əfsanə geri göndü))..Səni yenidən Millidə görməyin şərəfinə bu gün hər şey mənlikdi, kimin nə istəyi var, diləsin məndən))..

      Cavab yaz
      • Anonim
        Simran · 11 May 23:4420

        Salam canım bacım Əsranur necəsən?Səni gördüyümə çox sevindim.Çox sağol canım mənim Allah sənində balalarını qorusun həmişə İnşallah bacım.Elə bura gəlmişdim indi gördüm mesajını bacı sevindim sənin adını gördüm.Əziz bacım Allah sənin üzünü bir ömür boyu güldürsün İnşallah.Asi bacım demiş həmişə həyatında öndə olasan gözəl ürəkli mərhəmətli Əsranurlu bacım.Boş olanda gələcəm bura səni görsəm yenə şərh yazacam sənə.Salamınıda aldım hörmətli izzətli olasan,öpürəm səni Allah amanında olasan bacı... Könül bacımada mənim salamımı zəhmət olmasa deyərsən Allah onunda üzünü bir ömür boyu güldürsün İnşallah...

        Cavab yaz
      • Anonim
        Simran · 12 May 00:0820

        Əsranur canım şərhlərinin hamısını oxudum.Allah can yoldaşına tez zamanda şəfa versin İnşallah bacı.Allah böyük ürəyinə görə sənə və yoldaşına rəhm etsin İnşallah.Allah sənə kömək olsun balalarının xeyrin görəsən İnşallah.Pis günün ömrü az olar, İnşallah həyatınız həmişə olduğu kimi yaxşı mənada yolunda olar.Ürəyin könlün şad xürrəm İnşallah yoldaşınla vətənə dönərsiniz Allah qoysa.Darıxma üzülmə hər şey yaxşı və gözəl olacaq Allahın izni ilə.Öpürəm səni bacım mənim....

        Cavab yaz
    • Anonim
      asi · 5 May 09:4321

      Şərhim qaçdı)..Bu saytda unudulmayacaq insanların sırasında öndə duransan, yeni dəblə desəm, bayraqdarsan)))..Nə günlərimiz olub )..Qızlar haqqında yazdığını təsdiqləyirəm, özüm şahidiyəm)..Simranı da təbrik edirəm, ürəkdən, o gün yazmamışdım, fürsət oldu..Xeyirsiz 1 oğlandansa, 5-6 qızın olsun..Bizim qohumlarda o qədər var ki, oğlan deyib, göydə uçurdular, amma indi qızım deyib, şükr edirlər, hətta bəziləri oğlunun doğulduğu günə lənət oxuyur..Simranın da övladları ilk əvvəl sağlam böyüsünlər, sonra da Simranın arzuladığı kimi övladlar olsun..

      Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 10:5230

        Ay daaa,Asi,necə darıxmışammış...Vallah,hər şeydən uzaq düşmüşəm.Allah heç kimi çəkəbilməyəcəyi yüklə yükləməsin.Asi,mənə həmişə dözümlü deyirdin,bilmirəm necə səbr edirəm,amma,bir onu bildim ki,dəhşət qorxağam.Qorxu hissi gələn kimi də şirə dönürəm.Şir həmişə şirdü,mənim qərdeşim:))))Harda yazaq bundan sonra??Gəlim,aləmi qataq ee bir-birinə.Yoxsa ki,həqiqətən özümə qapanıram.Bir az da belə sürsə,məndən əlüvüzü üzün uje-çoxu başdanxərəb kimi Tik-tok açlb,orda gijdəyəcəyəcəyəm:))))Çünki,psixalogiyam çökür yavaş-yavaş.Asi,mən bu çətin günlərdə də qızın fərqini gördüm.Kimin qızı varsa,Allaha şükür etsin.

        Cavab yaz
        • Anonim
          asi · 5 May 11:3310

          Amin..Həmişə deyirəm, yenə deyim, hər şey yaxşı olacaq, sən güclüsən..Özün demişkən, şir həmişə şirdi))..Amma neynirsən elə, bircə tikoşa getmə ki, mən də arxanca gəlməyim)).Elə buralarda ol, həmişəki kimi..Qızlarnan əl-ələ verib, sənin psixikanı normala döndərərik)..Milli ilə irəli))..Papatya da buralardadı, deyəsən qayıdış başlayıb), şərhlər də bir-iki gündü tez verilir..

          Cavab yaz
          • Anonim
            Simran · 12 May 00:2110

            Axşamın xeyirli olsun necəsən Asi bacım uşaqlar nətərdi yaxşı olasınız həmişə İnşallah.Çox sağol canım mənim Allah sənində balalarını saxlasın İnşallah.Təbrikin üçün çox sağol.3-cü mələyim mənim 8 ildən sonra Allahın mənə verdiyi ən gözəl payıdır.Heç kəs istəmirdi üzr istəyirəm oğlan yolu gözləyirdilər amma mən övladımı qorudum,bu yolda çox stress keçirdim çox əziyyətlər çəkdim çox ağladım amma övladımdam vaz keçmədim.İndi bu günkü günə min Şükür balam hər kəsin ən sevimlisi olub.Allah bircə bəxtlərini gözəl etsin İnşallah.Allah hamının balasını sağlam və xoşbəxt etsin İnşallah içindədə mənim Mələklərimi.Sizdə nə var nə yox.Harda olursunuz vaxt tapanda gəlim məndə görünüm arada.Allah sizi qorusun Asi bacım öpürəm səni sağol yenə səni harda görsəm yazacam...

            Cavab yaz
    • Anonim
      Melek b · 5 May 15:2000

      Cannn bacinin bir tanəsi salam Əskam ❤❤❤❤❤❤❤necəsən?Niquş.qardaslarim necədi?Qurban sənə nə yaxsi yazdin?(***)

      Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 21:5210

        Mələyimm,necəsən???Deyəsən bibi olmusan xəbərini oxudum.Amma,bulmədim qızdı,oğlandı.Allah bərk əllə versin.Allah bizlərə sənin də balaşkanın xəbərini burdan oxumağə nəsib etsin.Amin.Nənəgili necədir?Bizdə də yazıb doldurmuşam day buralara son xəbərlərdən))Balacadan yazarsan görüm neyniyir.Özünün xüsusi əhvalın,işlərin necə gedir?

        Cavab yaz
        • Anonim
          Melek b · 5 May 22:0810

          Axsamin xeyir Bacisinin ❤i .yazmana cooooox sevindim.yazdiğin xəbərlərədə cox şad oldum bir bilsən.Niquşumuda(***)bibi hələ olmamişam.bu ayin axiri olacam.bəbiş qizdi Əslam.nəhayət qiz oldu.Qardas hərdən deyir caşar oğlan olar eee.belə şey olur?)))qiz istəyir ona görə.)Əskam vaxt olduqca yaz)nə olar.☺bilirəm vaxt olmur.nə edim özlədirsən kəndini❤

          Cavab yaz
  • Anonim
    Əsranur · 5 May 00:5340

    Ebruş,balacalar necədirlər?Dərsini necə oxuyur Cırtdan??İncitmirlər ki səni?Mələyim bibi oldu??Mələk,keçən dəfə yalançı çıxdım yanınızda.Dedim ki bu gün yazacağam..Yaza bilmədim.Həmin gün yoldaşımın vəziyyəti ağırlaşdı,rədd atakı keçirtməyə başladı.Vücud ciyəri atırdı.Yenidən 2 həftəlik xəstəxanaya yatdıq.Çox şükür bu dəfə də toparladılar.Çox çətin günlər keçiririk.Qürbət ölkə,bu boyda zırıltının da qabağında mən tək..Hər an nə olacağı məlum deyil.Allah bütün xəstələrə,içərisində mənim yoldaşlmdan çox dostum olan əzizimizə şəfa versin.Bilirəm məndən nigaransınız,dedim sizə bir xəbər yazım.Səhifədəki köhnə şərhçilər,məni xatırlayanlar,ümid edirəm ki hamınız yaxşısınız.Təki yaxşı olun dostlar.Əsra,sənin balaşkan necədir,dərsə gedir?

    Cavab yaz
    • Anonim
      Ebru · 5 May 09:1250

      Salam gözəl bacımız ürəyimiz,xoş gördük sizdə.Çox sevindim bacı :)Ara sıra yazginən)).İnan sənin üçün nigaran qalırıx.Allah köməyiniz olsun.Yoldaşınıza can sağlığı arzu edirəm.İnşAllah tezliklə sağlamlığına qovuşub,əl-ələ tutub evinizə gələrsiz:))Aminn..Özünüz necəsiz?Qaqaşlar balaca bacımız necədilər?.Biz cırtdanlar yaxşıdılar bacım.Səbirsizliklə baxçanın,məktəbin bağlanmasın gözləyirlər:).Yuxarda qızlar haqqda dediyiniz söz ürəyimə yağ kimi yayıldı ,qizi olan həqiqətəm milyaderdi :)Mən də,özdə imi qatdı bacı:))Şükür onları verənə.Oğlan uşağdı gözəldi ,mən də,heç vaxt ayrı seçkilik etməm evlad arasıda ,amma qız evladı başqadı öz aramızda deyirən heç kəs bilməsin:)).Allah bütün balaları qorusun.Bacı öprəm səni tez gəl .Və tez-tez yaz.Sən heçnə etməmisən birdənə bu mehribanlığın ,istiqanlılığın bizim üçün dünyadı.Allah sənin canını sağ etsin.Sən ürəksən.Mənə doğmam qədər əzizsən.Və burda xətrin istədiyim bir çox şərhçilərdə.Allah hamınızı qorusun mən də,içinizdə.:))

      Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 11:0420

        Ebruşum,yadımdadır ki,uşaqlar balaca olanda,onlarla o qədər məşğul olurdum,o qədər dərnəklərə daşıyırdım ki,mən onlardan əvvəl istəyərdim məktəblər bağlansın.Uşaqlar evdə də məktəbdəki kimiydilər.Hər fənn yaxşı öyrənilməliydi.Amma,indi fikirləşirəm ki,çox nahaq uşaqların başını xarab edirdim.3 nün də şəkli əlaçılar lövhəsində olardı.Orda olsun deyə,o uşaqlar doyunca oyuncaqlarla oynamadılar.Qızəm hüquq oxuyur.Nəyinə lazım idi onun kimya,biologiya,cırt-pırt?Siz mənim kimi olmayın.Uşağın həvəsini hara hiss edirsinizsə,ora uyğun dərsləri öyrənsin.Onsuz da həyat adamın beynini elə şeylərlə yükləyir ki..Dee,artıq may da bitəcək bu gün-sabah.Oynasınlaree özləriyçün.Bacıngildə dərslər mayın sonunda bitir,iyunda imtahanlarını verməlidir.O da bizi görür deyə,itlər üçün çox darıxır.İtlərə mamamgili baxır deyə,paxıllıq edir ki :Mama,indi topuşlar nənəgili bizdən çox istəyirlər?:)))Qaqaşlardan da kiçiyi aləmi qatır bir-birinə.Bu il də yenidən başqa fakültə ilə Almaniyada yenidən universitet oxumaq istəyir.

        Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 11:0820

        İnan artıq hövsələm qalmayıb.Deyirəm oxuyun qurtarın görək nə olursunuz,harda iş tapacaqsınız.Böyük çox yaxşı oxuyur.Oxumağı uşaqlıqdan sevirdi.İndi görək iş tapacaq hələ))Ebruş,yazacağam,söz.Özümün də ehtiyacım var.Baxaq görək haranı zanit edirik ki,camaatın gözünü yormayaq.Asi,məsləhət ver))

        Cavab yaz
        • Anonim
          Finqaz muellim · 5 May 18:0000

          Salam Azramur xanım. necesiz? kecmis olsun. Yaman gunun omru az olar. sebirli olun. Allah sefa versin yoldasiniza.

          Cavab yaz
          • Anonim
            Əsranur · 5 May 21:5410

            Salam,Finqaz müəllim.Siz də buralardasınız???Siz necəsiniz?Təşəkkür edirəm yazınız üçün.Açığı köhnə şərhçiləri görmək xoş təsir bağışladı.Minnətdaram.

            Cavab yaz
            • Anonim
              Finqaz muellim · 5 May 22:5600

              Yaxsiyam Azramur xanim. Biraz tezyiqim vardi. Sanatoryadan yeni qayitmisam. Indi yaxsiyam. Herdenbir baxiram buralara. Mene de xos oldu kohne serhcileri gormek. Ozunuzden muqayat olun.

    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 5 May 09:1950

      Canım gözəl nur üzlü saf qelbli Əsranurum.Cox sağ ol var ol gözlərimə işiğ gəldi senin şərhini gördüm.And olsun Allaha hərdən səni yuxularımda görürəm həmisə də asi ilə birlikdə birdə gözəl qizini görurem.Hər zaman düşündüyüm insansan Allah senin yoldaşına rehm etsin İnşəAllah tezliklə sağlığına qovuşsun, pis xatireleri geridə qalsin.Allah onu başda senə və övladlarına,dua edənlərə bağışlasın.Şükür canım biz də yaxsiyiq Azadda yaxsidi oxuyur pandemiya bir az tenbelləşdirdi həm də sinirlərin pozdu bir az ona da müalicə etdirdik.Nə bilim həyatdi da.Mənim də həyatimda cətinliklər oldu məcbur evimiz də maşınımız də satildi basqa neqativ hadiseler de oldu.Bu günə Şükür dedim bundan pisi də ola bilərdi.Hər şey dünyada qalar əsas can sağlığıdı.Allah bizi sağlamlığmlzı əlimizdən almasın.Cannn,sen mənim düşüncəmdə ideal xanım, superrr anasan həmişə deyirem kaş anam seni xasiyyetdə olardı.Seni cox isteyirem.Öpdüm canım.

      Cavab yaz
      • Anonim
        Ebru · 5 May 10:4160

        Esra can incimə amma fikirləşirəm ki,sən tək evladsan.Maman necə ola bilər ki,xasiyyəti çətin ola və evladına qarşı sərt ola((Özdə qız evladı.Demirəm mənim mamamda,biraz sərtliyi var hətda papam yox mama bizi çox döyüb,qadağaları çox olub amma elə edib ki,biz ona qarşı sevgiylə böyüdüb.Və indidə,qardaşım bir yana mamam bizim üçün evladlarımız üçün əlindən nə gəlir edir.Mən Əsranur bacımı niyyə bu qədər sevirəm çün ki,onda,mamamda,olan xasiyyəti ,istiqanlığı,mehribanlığı nə bilim hər şey onda var.Yəni Analar başqa olur evlad üçün.Özdə təm evlad üçündə,bir başqa cür olur.Sənin mamada yüz faiz səni çox istəyir.Yəqin onu yetərincə göstərə bilmir.

        Cavab yaz
        • Anonim
          Esra ıbrahımli(Şamaxı) · 5 May 11:1030

          Cetindi sertdi kapriznidi.Mənim mamam isteyin hec vaxt büruzə vermədi anadı cox isteyir canından cox amma həmişə sərhəd, utanmaq, resmiyyət olub,məsafə olub aramızda. Usaqlığdan bir defə mama qurban,cannn sözün esitməmişəm.Bibim həmişə bibi qurban bibinin balası deyib mən anamnan esitememişəm.İstemişəm anamnan esidim bir defe də olsun qizim sözün demiyib.Həə papam amma yox həmişə deyib.İnsandı buda belə xasiyyetdi isteyin icində saxlayir Tek mənə yox bacilarina anasina qardaşı usaqlarina hammiya qarşı elədi.Öz qayinanasl nənəm mamamln əmisi arvadldı ona hec nə xala nə əmudostu nə bibi hec nə demir.Az qala adiynan cağlra.

          Cavab yaz
        • Anonim
          Esra ıbrahimli(Şamaxı) · 5 May 11:5630

          Mən asinin xarakterin nir az oxsadiram mamama:)Özü də bizimkilərdə nə yalan deyim mamamda da onun anasindada oğul övladı 1-0 öndədi elə bil oğlan göydən qızıl zənbilnən düşüb onlarin alemində nənəm (ana nənəm)o qederrrr oğlanperestdi adama qıcığ gəlir Bəlkə mamamın da oğlu olmayib deyənə xarakter belədi.Həmişədə narazicilğ edib həyatinin bu nöqtesinə görə niyə mənim oğlum yoxdu elə bir üsyan kimi Fikirləşmədiki kimlərinsə hec qizi da yoxdu sonsuzdu.

          Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 13:1730

        Əsra,bizdəki problem başımı necə qatdısa,Asi Azərbaycana gələndə də görüşə bilmədik.Ancaq elə telefonla xəbər tuturuq bir-birimizdən.Heç olmazsa Asiylə məni yuxuda da olsa bir yerdə gördün,ona da şükür:))Canım,evin,maşının indiki zəmanədə satılmağı həqiqətən çətin şeydir.Bir şeyi alana qədər,nə qədər paltardan,ayaqqabıdan,gəzməli yerdən imtina edir insan.Günlərin birində də məcbur satmalı olur adam.Səni yaxşı anlayıram.Məndə də əməliyyata dəstək üçün maşınım getdi.Amma,olsun,əsas sağlığı yerində olsa,onu alıb yerinə qoyar.Ama,açığı elə olmuşam axır vaxtlar,maşın sürmək də mənə əlavə problem kimi gəlir.Bircə ayağa qalxsın,heyvanlarımla piyada gəzmək istəyirəm.Bizdə o heyvanları da qadağan edirlər.Başqasına verin deyirlər.İnan ki satılan hər nələrsə vecimə də olmadı.Amma,heyvanlarıma yanıram.Verə bilmərəm.Mən onları analarından.ayırıb bapbalaca səbətdə gətirmişdim evə.Onlarla nəfəs alıram.Bu ağır zamanlarımızda o itlərin çox qohumdan,dostdan da vəfalı olduğunu gördüm.Çoxu fikirləşər ki insan həyat

        Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 13:2820

        həyatından önəmli deyilki..Mənimçün onlar çox insandan önəmlidir.Amma,xəstəni də riskə atmaq olmaz..Bilmirəm nə edəcəyəm(((Əsra,mənim indiki analığımda öz anamın böyük rolu var.Mənim anam bütün həyatım boyu saçıma sığal çəkib,"qızım"deməyib.Onun fikrincə atasız qızlar elə tərbiyə olunmalıdır.Mən sığal görmədim deyə,uşaqların sığalını bol etdim.Oğlanlara "atam"dedim həmişə.Onlarla çox yaxşı dostuq.Böyük çox vaxt mənə mama əvəzinə,"Necəsən,Mişqulu?"deyir)))Bunlara səbəb mənim öz uşaqlıq travmalarımdır.Sən də,öz balana çalış dost ol.Sənə sözünü deməyə qorxmasın.Qorxarsa,araya məsafə girər.Sənə bir şey deyim-mənim anam mənim itlərimi öpüb qucaqlayıb,ay sənə qurban olum deyir)))Analardır da)))Allah bütün böyükləri qorusun.Mən də səni çox istəyirəm,Əsra.Vsyoo eee,dayy yazacağam ee,taki siz məndən bezənə qədər)))

        Cavab yaz
        • Anonim
          Esra ıbrahımli(Şamaxı) · 5 May 14:0620

          Cann,bilirem o heyvanların nə qeder deyerli olduqun.Mənim pişiklərim də it bat oldu evlə bir yerdə.Həəə,elə maman toçno mənim mamam olub ki:)Həə mən də eləyəm gündə 3-4defə oğlumu öpürem qucağlayıram.Elə bil anamnan görmediyim o sevgini balama verirem.Amma nə yalan deyim, oğlum da anam kimi soyuq adın da aysberq qoymusuq.Cann, yazarsan hər zaman şən pozitiv şərhlərüvü oxuyum.❤

          Cavab yaz
          • Anonim
            Əsranur · 5 May 16:5910

            Əsra,uşağın özündən də çox şey asılıdır.Mənim ikinci oğlum da qanıacı,dinməz oğlandır.Amma,bəzən güləndə o qədər məsum görünür ki..Eynən 2 yaşındakı vaxtında güldüyü kimi.Amma,ürəyi təmizdir,dürüstdür,kiməsə sataşsın,ya,kiminsə haqqında pis danışsın,belə xasiyyətləri yoxdur.Amma,digəl ki qaradinməz bir adamdır.Mən də onu o cür qəbul etmişəm.Məsələn o biriləri ki hər gün yazıb soruşsun ki neynirsiniz,necəsiniz-yoxdur.Neynək,canl sağ olsun.Sən də ürəyinə salma.Çalış onu xoşbəxt edən şeylər nədirsə,onunla başını qat.Yuxarıda sənə anam haqqında yazırdım,yarımçıq getdi.Biz 3 aydır Türkiyədəyik.Mama o gün pıçıltıyla mənə səs atır ki sən getmisən,mən səssiz qalmışam.Gəl,yenə də mən danışım,sən qulaq as))Əsra,səni sevməmək olar??Sadəcə,hamın sevmək üslubu fərqlidir.

            Cavab yaz
        • Anonim
          Papatya · 5 May 14:4810

          canee cannn yoxdu da sənin məsləhətlərindən. firlanib gəlib sakit başla bir de oxuyacam. Darixmişdim çoxxxx

          Cavab yaz
          • Anonim
            Əsranur · 5 May 16:5210

            Papatya,burdan ürək göndərə bilmirəm ee..Sən gözündə bu yazıda çoxlu ürəklər təsvir elə)))

            Cavab yaz
        • Anonim
          Melek b · 5 May 15:3110

          Cannn baci qurban sənə❤❤❤

          Cavab yaz
    • Anonim
      Melek b · 5 May 15:3010

      Əskam bibi bu ay olacam☺səbirsizliklə gözləyirəm☺bibisi qurban gəlsəydi )Əskam bilirəm sənə vaxt nə deməkdi Həyat yoldasinada Allah kömək olsun.Asidən sənə salam.nəsə soruşmaq istəyirəm .amma Asinin politikadan başi ayilir ki.zarafat edirəm Bilirəm Asi narahat etmək istəmir.yadindadi mən sənə demişdi xəstəxanada Mama olanda Turkiyyədə sənin mənə ,,həsr;;etdiyin mahni oxundu kafedə.yemək sanki boğazimda qaldi.o vəziyyətdə insan bir azda kövrək olur.hərdən sənin mənə qulaq asdirdiqin mahnilara qulaq asiram.sanki kecmiş Millidə olduqu kimi)kiz sən mənim haqqimda nə az yazmisan?)))sən bilmirsənki mən sənin şərhini səbirsizliklə gözləyirəm?)(*******)

      Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 22:0310

        Caaan,Mələyim,sənin narahat olduğun xəbərləri yazıb doldurmuşam qaraskopa deyə,kimə yazıldığını artıq xatırlamıram.Həəə,bu.ay bibi olacaqsan hələ?!İnşaAllah.Mələk,o balaca xoşbəxt uşaq olacaq.Gör nə.qədər böyüyün içinə gəlir,nə qədər həvəslə gözləyəni var.Mən nənənin ilk nəvəsiyəm.Onunla mənim aramda tam başqa sevgi var idi.O ölənə qədər mənim haqqımda danışanda "Ay balam,onda işüvüz yoxdur,bir tikə uşağdı"deyirdi.O ölən saatdan sonra mən həm böyüdüm,həm də tez yaşlandım:(Allah sizin balacaya da can sağlığı,uzun ömür nəsib etsin,sağ-salamat gəlsin dünyamıza.

        Cavab yaz
  • Anonim
    Hakim · 5 May 12:5020

    Esra Xanim,problem, helli mumkunsuz gorunen her hansi bir isin, gizli helli demekdir, yaxsi fikirlesende.

    Cavab yaz
    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 5 May 14:1520

      Dübbədüzzz.Elə bil krossvordda nəyisə tapıb uyqun yazanda sevinirsen problemidə həll edendə adam usaq kimi sevinir.Həqiqeten nümkünsüz görünür amma həəlli olur.

      Cavab yaz
  • Anonim
    Hakim · 5 May 12:5720

    Ordu doyuserek metin, mohkem olur, insansa bir ferd kimi problemleri hell etmekle.

    Cavab yaz
  • Anonim
    Hakim · 5 May 14:3910

    Heyatimz ne qeder revan olsa da, islerimiz ne qeder mukemmel, oz axariyla getse de, herden dayanmaqda bir fayda var. Susmaqsa, insanin hec vaxt xeyanet etmeyen dostudur.

    Cavab yaz
  • Anonim
    Papatya · 5 May 14:4450

    Ay Allah asi demesə vallah dünyadan xəbərim yoxdur. Burda söhbət almiş başini getmiş. Əziz bacim xoş gəlmisən, yazmağına çox çox sevindim. Tələm tələsik yazılanları oxudum, bacı Allah yardımcınız olsun, Allah şəfa versin. Nə yaxşı yenidən yazacaqsan, mən da çalışacam tez tez yazım qoşulum size, ama mənə yazın hardasiz, hara yazirsiz. çox şeyden xəbərim olmur. dunen Mələyə yazmışam, gəlininiz necedi, əlində cibinde olsun, usaga şey şüylər al indiden.)))ele bilirem hələ olmayıb. İndi sən yazdin oyrəndim) mən də təbrik edirem urəkden. qizi olan xanimi da təbrik edirem. indi mənim oğlum olub deye, mene bele balli təriflərdən düşmür?)))

    Cavab yaz
    • Anonim
      Əsranur · 5 May 16:4620

      Cannnn...Bacı sənə qurban olsun!Papatya,sənə o təriflərdən keçən dəfə dizaynda yazıb çıxmışdım.Yenə də çoxlu-çoxlu təbrik edirəm səni.Əlbəttə tərif düşür,özü də zırıltısından.Bala baladır,heç kim də ondan üstün deyil mənim aləmimdə.Anamçün ölümə gedərəm,amma bala üçün parçalanıram.Bala var deyə,mən də varam.Papatya,qızın atasına donor olma söhbətində ömrümdən ömür getdi.Onda onu azad fikirli böyütdüyüm üçün peşman olmuşdum.Təsəvvür et ki heç kimin qanı uyğun gəlmir qızdan başqa.Bir tərəfdə ömür-gün yoldaşı,bir tərəfdə 18 yaşını doldurmağına 1 ay qalmış balaca qız.Dedim sənə bir iynə vurulanda,az qalıb ürəyim getsin,mən necə dözəcəyəm?Dedi mən atamı ölməyə qoymayacağam.Papatya,bu işin ucunda çox böyük risklər var o yaşda uşaq üçün.İnan ki doğma bacısına diz çökdüm yalvardım-Asi bilir,yalvardım ki sən donor ol,mən bütün həyatım boyu qul olaram qabağında.Cavab -birdən örəm,birdən şikəst qalaram oldu 53 yaşlı birinin.Qız da dedi ki 1 ay sonra yaşım bitir,heç kim məni qərarımdan döndərə bilməz..

      Cavab yaz
    • Anonim
      Əsranur · 5 May 16:5110

      Çox şükür ki başqa adam tapıldı,uşağı bıçağın altından çəkdim.Dediyim odur ki qız valideyn üçün canından rahat keçə bilir.Körpə uşaq o yekə eşşək kimi qorxmadı ki ay elə olaram,ay belə olaram.Amma,indi o boyda çətinliyə sinə gəlmişik,bajı düşübee xoda.Vallahi "bacısı qurban ona,bacısı ölsün qabağında"kimi amerikanskiyy sözlər))))Qızlar,baladan başqa hər şey boşdur.Allah hamınızın balaşkalarını qorusun.Sənin balaca kişin necə yeyir,necə yatır,sakit uşaqdır??Bacısı day ancaq onunla oynayar.Ayalaaa..Şişdimeee..

      Cavab yaz
      • Anonim
        Papatya · 5 May 21:0720

        masaAllah olsun qızına. O sənin əsərindi. Ona ən gözəl rəngləri qatmisan. Həm fədakar, cəsur, mərhəmətli, ailəsini sevən... Əlbəttə ki, ikisi də əzizdi. Ancaq mən də sənin kimi davranardim. Min şükür bacı, şukur ki, artiq hər şey yaxşılığa doğru gedir. İnan Allaha oxumamişam dizaynda yazdiqlarini. Yoxsa cavabsiz qoymaram. Balaca kişi şukur böyüyür, hərəkətlənir. əlini atdığı hər şey ağıza doğru))Lap çağa vaxtlari ağlağan idi, bacısı da dadini çıxara bilmirdi. indi ozu gəlib başini ona tərəf uzadir ki, saçlarını yolsun)) sakit uşaq deyil baci. Gözləmirdim də) Bizlərdə sakit uşaq nadir olur)) Qiz artiq 6 yaşı oldu. indi tətildədi 5-10 günlük. Bele dərs zamani çətin olur balaca ile məktəbdən gələndən sonra yemeyi, içməyi, yazib oyrənəsi dərsləri filan. Və təbii ki evin gundəlik evdarliq işləri. Nəysəyeee gəl səni bir də bagrima basim))opum, qucaqlayimm. yaxsi ki yazdin.. canim bacim.

        Cavab yaz
    • Anonim
      asi · 5 May 16:5310

      Səni özüm tərifliyəjəm))..Qoy özüm gedib çıxım, səni Xudafərinə qonaq aparacam, Araz qırağında körpü başında sənə şirin yağlı, ballı bir təriflər deyəcəm ki, sədasına Arazın o tayından Güneyli bajılarımız yığışacaq başımıza))..Arzuya bax, ay qudam, söylə ürəyincəmi??))

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 5 May 20:0410

        Papatya, canım mənim.Seni de tebrik edirem.Can saqlığı,sevgi ilə fərəhlə, nənəm demiş pəh-pəhlə,ruzi bərəkətlə böyüsün.Fexriniz olsun.İnşəAllah.

        Cavab yaz
        • Anonim
          Papatya · 5 May 22:1320

          Əsra, çox sağol əzizim. Allah razi olsun. Allah hər kəsin ovladini qorusun. aminnn.

          Cavab yaz
      • Anonim
        Papatya · 5 May 21:1820

        Caaaaan, bəhhh, ürəyimcə olmazmi heç?! hələ baş tutmamiş, xəyalimda canlandirmaq bele əhvalimi iki dəfə ikiye vurub, iki dəfə də üstünə gəldi)) gör reallaşsa day nə olar. Nəsibə Zeynalova demişkən qəşş eleyib, urəyim geder))

        Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 22:0720

        Dayan görümee,məni də aparın da..Bir aksesuar kimi də olsa sakit gedərəm yanınızca,şeir zad da istəmirəm.Olandan yeyib,sakit yataram bir-iki saat))

        Cavab yaz
    • Anonim
      Melek b · 5 May 17:2800

      Cann Ramaskam cox saq ol(***)hələ bu ay dunyaya qədəm qoyacaq.Almazmiyim Ramaskam))))ev dolub eee nə görurəm bəyəndiyim hər şeyi aliram

      Cavab yaz
      • Anonim
        Papatya · 5 May 21:1900

        Mələk, sag salamat gəlsin insaAllah. Anali, balali xeyirlisi ile evinize gətirəsiz. aminnnnnnn.

        Cavab yaz
        • Anonim
          Melek b · 5 May 22:1000

          Cannn❤❤❤❤❤

          Cavab yaz
    • Anonim
      Melek b · 5 May 17:2900

      Şərhlərimin yarisi hani?

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 5 May 20:0730

        Mələyim❤im seni də tebrik edirəm.Sağ salamat olsun mənim sevimli may ayımda.Uşşşş üreyim körpə usaq istedi.Allah hər zaman seni sevindirsin daima belə gözəl xəbərlər esidək burdan.(******)

        Cavab yaz
        • Anonim
          Melek b · 5 May 22:1120

          Cann Əsramm❤cox saq ol.uşaq atasi kimi qəhrəmandi.28mayda doğulacaq)))

          Cavab yaz
  • Anonim
    asi · 5 May 17:0410

    Əsra İbrahimli yazdıqlarına həm güldüm, həm pis oldum..Yuxuda da rahatlıq yoxdu sənə, bizdən))..Hüseynova bacıları kimi, cüt gəlib cüt gedirik yuxulara))..Doğrusu ana haqqında yazdıqlarına təəccüb etdim, ananın tək övladı olduğun üçün əksini gözləyərdim..Amma həmişə atadan və ata nənədən yazdığın üçün onları daha çox istədiyini bilirdim, indi də səbəbini bilmiş oldum..Anan eyni mənim atam xarakterdədi, mən də atama daha çox oxşadığımdam məni anana oxşatmağın təbiidir)..Mənim anam çox çılğın adamdı, dəli dolu deyirlər bizdə, bax ondan))..Qardaşım da ona çəkib..Amma mən eyni ata tərəfəm, ağır abilərdən))..Sən istiqanlısan, yəqin sən də ataya çəkmisən)..Əsranur həm ana həm yoldaş kimi qayğıkeşliyinə mən yüz il dayanmadan qaçsam, çata bilmərəm, nə yalan deyim)..

    Cavab yaz
    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 5 May 20:0210

      Asi,nə qeder güldüm 2 ci cümləyə yuxu məsəli.Allah güldürsün hələ də gülürəm.Allah sizi bacılığdan ayirmasin hər zaman mehriban olasiniz.Bu gün buralar coxxx gözəl oldu.❤

      Cavab yaz
    • Anonim
      Əsranur · 5 May 22:1020

      Sən canın,nə.qaçma,nə çatma.Allah mənim bu son 3 ilimi düşmənimə də yaşatmasın.Elə öz xodunla yaşa.Bu arada,Asi,sizin qar dünən məni yaman üşütdü.A bajı,mayda qar neydi elə??Hava da soyuqdu,yoxsa,ancaq qardır?

      Cavab yaz
  • Anonim
    asi · 5 May 17:0610

    Mələk, bibi olmusan??..Harada gizlənmisən??.Çıx rəsmi açıqlama ver görək..Sonra şirinlik falan verəcəksən, işin çoxdu))..

    Cavab yaz
    • Anonim
      Melek b · 5 May 21:4500

      Asican rəsmi aciqlama verirəm bu ay olacam..hələ olmamisam))))istəyirəm Elzanin şərəfinə uşaqin adini Elza qoyum)))

      Cavab yaz
      • Anonim
        Melek b · 5 May 22:1200

        Aciqlama verimdə Elza qardasin toyuna təbrik ucun gəlmişdi)

        Cavab yaz
      • Anonim
        Əsranur · 5 May 23:2810

        Mələyim,köhnə ənənəmə sadiq qalaraq,Nüşabə Kərimli "Dünya sənin,dünya mənim" sənə gəlsin)

        Cavab yaz
        • Anonim
          Papatya · 5 May 23:5600

          baci, bu aralar mən ən çox Yıldız Usmanova - Muhabbeti dinləyirəm. çox xoş təsir yaradir adamda. dinlyərsən

          Cavab yaz
        • Anonim
          Melek b · 6 May 08:1300

          Cannn bacinin urəyi cox sevirəm bu mahnini özüdə Xumar oxuyanda(***)

          Cavab yaz
        • Anonim
          Melek b · 6 May 08:1600

          Nuşabənində ifasina qulaq asaram.nənəni soruşmusan.bibi sevinci ustələdi hər şeyi☺yaxsidi nənə Əskam.cox saq ol

          Cavab yaz
      • Anonim
        asi · 5 May 23:2830

        Bəxtəvər Elzanın başına))..Mən də oğlan bibisi olsam, adını Seyidcahan qoyaram, sonra sənin qızla baş-göz edərik)))...

        Cavab yaz
        • Anonim
          Melek b · 6 May 08:1300

          Asi Allah sıni guldursun))))))))

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics